Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda malları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Mediainfo.az-a DGK-dan verilən məlumata görə, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus boz rəngli çanta Heydər Əliyev Beynəlxalq Aeroportunun T1 terminalının baqaj bunkerində quraşdırılmış rentgen qurğusundan keçirilən zaman monitorda çoxsaylı geyim əşyalarının təsvirləri əks olunub. Lakin vətəndaş gömrük nəzarəti zonasına daxil olarkən müəyyən edilən həddən artıq malları gömrük nəzarətinə elektron və ya yazılı formada bəyan etmədiyi halda "Yaşıl kanal" buraxılış sistemindən istifadə etməklə həmin malları keçirmək istəyib. Bundan sonra o, gömrükçülər tərəfindən saxlanılaraq yoxlama məqsədi ilə "Qırmızı kanal"a yönləndirilib. Gömrük baxışı zamanı vətəndaşa məxsus çantada gömrük nəzarətinə bəyan edilməyən 13 ədəd qadın xəz geyimləri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır












.jpg)

.jpg)








































