Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə Azərbaycan Respublikasına qeyri-qanuni yollarla, üzərində aksiz markası olmayan tütün məmulatlarının gətirilməsi, saxlanması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.
Mediainfo.az-ın DGK-ya istinadən verdiyi xəbərə görə,, DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin və Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Astara şəhərində keçirdiyi birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Əliyev İbrahim Əzim oğlu saxlanılıb və ondan şərti alıcıya satmaq istədiyi Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 5000 ədəd "Marlboro Gold", 2200 ədəd "Marlboro Flavor Code", 9600 ədəd "Kent İnfina", 7800 ədəd "Kent White", 19200 ədəd "Kent Silver", 6000 ədəd "Cavallo", 1600 ədəd "Senator" markalı, ümumilikdə 51400 ədəd siqaret aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır












.jpg)

.jpg)








































