Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən "Berkarar"Ro-Ro tipli gəmi vasitəsilə Türkmənistan Respublikasına getmək istəyən "Toyota Hilux" markalı nəqliyyat vasitəsinin sürücüsü və sərnişini Beynəlxalq Dəniz Ticarət Limanının Bakı terminalının ərazisində yerləşən gömrük postuna daxil olublar.
Mediainfo.az-a DGK-dan verilən məlumata görə, gömrük sərhədini keçən zaman onlar üzərilərində 9700 ABŞ dolları və 8500 ABŞ dolları məbləğində valyutanı şifahi formada bəyan ediblər və bu məbləğlərdən əlavə valyutanın olmadığını bildiriblər.
Lakin, hər iki vətəndaşın hərəkətləri şübhə yaratdığı üçün gömrük yoxlamasının keçirilməsi zərurəti yaranıb. Yoxlama zamanı "Toyota Hilux" markalı nəqliyyat vasitəsinin sükanından aşağıda, zavod istehsalı quruluşuna aid çıxıntılı hissəsinin gözlə görünməyən arxa tərəfində, aşkar edilməni çətinləşdirən üsuldan istifadə etməklə gizlədilən və gömrük orqanına bəyan edilməyən 9600 ABŞ dolları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb



















































