Xarici ölkə vətəndaşlarına saxta yolla vətəndaşlıq pasportu verdiyinə görə həbs olunan DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi əməkdaşlarının sayı 13 nəfərə çatıb.
Bu barədə "Olaylar" Agentliyi məlumat yayıb. Agentlik qeyd edir ki, qanunsuz əməllərin üstü təsadüf nəticəsində açılıb. Bu haqda məlumat verən mənbənin məlumatına görə, Azərbaycanda yaşayan İran vətəndaşı nazirliyin Pasport Qeydiyyatı və Miqrasiya İdarəsinə qeydiyyat üçün çağırılıb. Həmin vətəndaş isə Azərbaycan vətəndaşı olduğunu təsdiq edən pasportu təqdim edib. Həmin sənədin necə əldə edilməsilə bağlı aparılan araşdırma zamanı baş vermiş qanunsuz əməllərin üstü açılıb.
Xatırladaq ki, DİN Ucar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunda belə bir faktın aşkarlandığını təsdiq edib. Bildirilib ki, sözgüedən qrupun inspektoru Şahin Əhmədovun xidməti vəzifəsindən sui-istifadə etməsi və müvafiq qanunvericiliyn tələblərini kobud şəkildə pozaraq bir neçə İran vətəndaşını Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin etdiyi aşkar olunub. Faktla bağlı araşdırma müddətində materiallar toplanıb. Hüquqi qiymət verilməsi üçün birbaşa prokurorluğa göndərilib. Faktla bağlı cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs qismində məhkəmənin qərarı ilə Şahin Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Onu da qeyd edək ki, ötən gün yayılan məlumatda 10 nəfərin həbs olunduğu bildirilirdi. Lakin DİN-in mətbuat xidmətinin əməkdaşı O.Mansurzadə bu məlumatın şişirdilmiş və əsassız olduğunu, yalnız 1 nəfərin həbs edildiyini bildirmişdi.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır












.jpg)

.jpg)








































