İsmayıllı rayonunda 65 yaşlı arvadını əvvəlcə balta ilə başından vurub sonra isə iplə boğaraq öldürən kişinin meyiti tapılıb.
Təxminən bir ay əvvəl rayonun Gəraybəyli kəndində yaşayan 1954-cü il təvəllüdlü Əzizə Axundova Gülməmməd qızının meyiti evindən tapılmışdı.
İstintaq zamanı məlum olmuşdu ki, onu əri, 1944-cü il təvəllüdlü Axundov Hacıalı Qasım oğlu öldürüb. H.Axundov qətli törətdikdən sonra evdən gedib və istintaqdan yayınmışdı. Dünən isə kişinin meyiti rayonda yerləşən Aşıqbayramlı gölündə tapılıb. İlkin məlumata görə, H.Axundov intihar məqsədi ilə özünü gölə ataraq öldürüb.
H.Axundov qətli törətdikdən sonra məktub yazaraq evdə stolun üstünə qoyub və orada qeyd edib: "Mən bunu 30-40 il əvvəl etməli idim, ancaq uşaqlarım körpə olduğundan etmədim. İndi isə uşaqları bir yanlıq etmişəm, buna məcburam, etməliyəm". (qafqazinfo)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır












.jpg)

.jpg)








































