Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
24 Aprel 12:01
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Ford Transit" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.
Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, sorğu-sual zamanı vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda gizlədilmiş 3000 ədəd "Gold Mount" markalı siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.