Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan Respublikasının vətəndaşları Vəliyev Ramid Ənvər oğlu və Fərəcov Surxay Təşər oğlu saxlanılıb və yoxlama aparılıb.
Mediainfo.az-a DGK-dan verilən məlumata görə, Vəliyev Ramid Ənvər oğlunun əl yüklərinə rentgen aparatıyla baxış zamanı monitorda şübhəli predmetlərin təsviri görünüb.
O əl yüklərində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olmadığını, ev üçün ərzaq malları və yuyucu vasitələri olduğunu bildirib. Daha sonra əl yüklərinə baxış keçirilib. Baxış zamanı 1 ədəd qara sellofan torbada, üzərində "Soflan" yazısı olan 3 ədəd yuyucu toz qutularının içərisindən cəmi 4 ədəd sellofan bağlama müəyyən edilib. 3 ədəd bağlamada qablaşdırılması ilə birgə çəkisi 2005 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 1 bağlamada isə qablaşdırılması ilə birgə çəkisi 100 qram olan ağ, xırda kristal halda psixotrop maddə - metamfetamin aşkarlanıb.
Qeyd edək ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











