Daxili orqanlarında narkotik vasitə və psixotrop maddə keçirmək istədilər

Daxili orqanlarında narkotik vasitə və psixotrop maddə keçirmək istədilər

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşları - iki qadın gömrük nəzarətindən keçən zaman özlərini şübhəli, narahat apardıqları üçün saxlanıb və şifahi sorğu-sual aparılıb.

Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, Sorğu-sual zamanı onlardan üzərlərində qadağan olunan və gömrük orqanına mütləq bəyan edilməli hər hansı predmet, o cümlədən də narkotik vasitə və psixotrop maddələrin olub - olmaması soruşulub. Vətəndaşlar isə öz növbəsində üzərlərində gömrük nəzarətinə təqdim edilməli hər hansı predmetin olmadığını bildiriblər.

Lakin daxili orqanlarında narkotik vasitə gizlətdikləri ehtimal olunaraq onların tibbi müayinədən keçmələri qərara alınıb. Həkim yoxlamasından keçərkən qanunsuz əməllərinin üstünün açılacağını başa düşən qadınlar çıxılmaz vəziyyətdə qalaraq daxili orqanlarında narkotik vasitələr gizlətdiklərini etiraf ediblər.

Beləliklə, birinci qadının daxili orqanında 1 ədəd bükümdə ümumi çəkisi 49 qram olan, ağ, xırda kristal halda psixotrop maddə - metamfetamin və ümumi çəkisi 287 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, digər qadının daxili orqanında isə 1 ədəd bükümdə, ümumi çəkisi 236 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az