Ermənistanda keçmiş nazir haqqında həbs qərarı çıxarılıb

Ermənistanda keçmiş nazir haqqında  həbs qərarı çıxarılıb

Ermənistan məhkəməsi keçmiş Təbiəti mühafizə naziri Aram Arutyunyanın həbs edilməsi barədə qərar qəbul edib.

Mediainfo.az-ın tert.am-a istinadən verdiyi xəbərə görə, Arutyunyan mədənlərin ekspluatisiyası zamanı 14 milyon dollar rüşvət almaqda günahlandırılır. Ancaq eks nazirin vəkili Karen Akopyan deyib ki, Arutyunyan bu məsələdə özünü günahkar hesab etmir. Çünki ölkə qanunlarına əsasən iş adamlarına mədənlərin istismarı üçün asanlaşdırılmış formada lisenziya almaq imkanı verilib və belə şəraitdə kimdənsə 14 milyon dollar rüşvət almaq mümkün deyil. Bununla belə vəkilin dedikləri məhkəmədə yetərli hesab edilməyib. Aram Arutyunyan hazırda xaricdə olduğundan onu həbs etmək mümkün olmayıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az