Siqaretləri avtomobildə gizlədərək keçirmək istədi

Siqaretləri avtomobildə gizlədərək keçirmək istədi

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumat əsasında, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda idarə etdiyi "Fiat Doblo" markalı avtomobili ilə Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onunla şifahi sorğu-sual aparılıb.

Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunmalı hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin salonunda ön sağ və sol oturacaqların içində, ön sağ və sol qanadların altında aksiz markası olmayan, üzərində "Marlboro" yazılan 4000 ədəd siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az