Türkiyənin Kocaeli şəhərində Azərbaycan əsilli Rusiya vətəndaşına hökm oxunub.
İŞİD terror təşkilatına üzv olmaqda ittiham edilən Atakişi Aqşin 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. İnterpolun haqqında qırmızı bülleten çıxardığı Aqşinin Suriyaya saxta pasportla getdiyi və İŞİD üzvləri ilə Votsap mesajlaşma proqramı vasitəsilə yazışdığı bildirilib.
Məhkəmə prosesində dindirilən Atakişi Aqşin İŞİD-lə heç bir əlaqəsi olmadığını deyib və sərbəst buraxılmasını tələb edib:
"Mən müsəlmanam. İçki içmirəm, qumar oynamıram. Türkiyəyə 3 il əvvəl dinimi yaşamaq, işləyərək Rusiyadakı həyat yoldaşım və uşaqlarıma baxmaq üçün gəlmişəm. Övladlarımı böyüdüb oxutmaq üçün çabalayıram. Rus əsilli həyat yoldaşımın ailəsi ilə problemlər yaşadım. Heç bir günahım olmadığı halda həyat yoldaşımın atası başıma bəla açmaq üçün mənə böhtan atdı. Rusiya hüquq-mühafizə orqanları da bunu ciddi qəbul edib. Onsuz da azərbaycanlı olduğuma görə mənə qarşı münasibət pis idi".(axar.az)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır












.jpg)

.jpg)








































