Gömrükdə aksiz markası olmayan spirtli içkilər aşkarlanıb

Gömrükdə aksiz markası olmayan spirtli içkilər aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə Azərbaycan Respublikası vətəndaşına məxsus "Mercedes-Benz E270" markalı nəqliyyat vasitəsində aksiz markasız spirtli içkilərin olduğu barədə məlumat daxil olub.

Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, məlumat əsasında həmin avtomobil Ağcabədi rayonu istiqamətində hərəkət edərkən Şəmkir rayonunda saxlanılıb və gömrük baxışı keçirilməsi üçün Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının həyətinə gətirilib. Baxış zamanı avtomobilin salonunda sellofan torbaların içərisində üzərində aksiz markası olmayan, "Nemirovskaya osobaya" yazısı olan 28 ədəd 1 litrlik spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az