Baş Prokurorluq Maliyyə Bazarlarına Nəzarət Palatasının keçmiş sədri Rüfət Aslanlı ilə bağlı araşdırma aparır.
Bunu bu gün mətbuat konfransında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib.
Jurnalistin "Türkiyə vətəndaşı Mustafa Veysəl sizə müraciət edərək Rüfət Aslanlının dələduzluq yolu ilə onun 808 min manat pulunu mənimsədiyini bildirib. Rüfət Aslanlı ilə bağlı mətbuatda başqa səpkili yazılar da yayımlanır. Keçmiş rəhbərlə bağlı məsələ nə yerdədir?" sualına K.Əliyev istintaq sirrini qorumaqla qısa cavab verib:
"İcazə verin mən Rüfət Aslanlı ilə bağlı suala cavab verməkdən yayınım. Çünki bu məsələ ilə bağlı araşdırma aparılır. Mən indi deyəcəyim sözlə gələcəkdə atılacaq addımı qarşılamış olaram. Hər hansı bir ifadəm istintaqa təsir edə bilər. Ona görə də araşdırma yekunlaşdıqdan sonra ictimaiyyətə məlumat veriləcək". (qafqazinfo)
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











