Space Tv-də Amil Xəlilin təqdimatıda yayımlanan sosial-kriminal layihə "Gəl, dərdini danış"da qalmaqallı anlar qeydə alınıb.
İlk olaraq verilişə müraciət edən Rəsmiyə xanım və oğlu Kahanın şikayəti dinlənilib. Kahan iddia edib ki, hazırda onunla yaşayan 5 yaşlı qızı İlahənin anası Mələkxanım 3 il əvvəl evi tərk edib.
Məlumata görə, o, rahat yaşamaq adi altında uşağını atıb rayondan çıxıb. 3 il sonra məhkəməyə müraciət edən Mələkxanım uşaqını geri qaytarmaq niyyətindədir. Amma qayınana Rəsmiyə və ər Kahan buna qarşı çıxır. Baxmayaraq ki, uşaq rəsmi olaraq anaya verilib. Bir az sonra gəlin verilişə qoşulur. Qayınanasının cadugər və falçı olduğunu, ailələr dağıtdığını bildirib. Qayınana Rəsmiyə xanımın gəlini haqqında səsləndirdiyi ittiahamlara son vermək üçün aparıcı onlarla sağollaşıb.
Daha sonra Qənimət xanımın məsələsi ilə bağlı müzakirə başlanılıb. Nəvəsini geri istəyən nənə, qızından alınan balalara görə əzab çəkdiklərini bildirib.
Amilin "nə üçün ayrıldılar? Uşaqlar niyə anaya göstərilməsin?" suallına cavab olaraq Qənimət xanım qudaları günahlandırıb. Bir az sonra kürəkən Rauf efirə qoşulur. Onun açıqlamaları isə bütün məsələlərə aydınlıq gətirir.
"Mən arvadımı oteldə yaxaladım. Başqası ilə. Hətta onun görüntüləri, şəkilləridə var. Məhkəmələr oldu. Hər birini sübut elədim. Uşaqlar anadan alındı və mənə verildi. Hətta görüşə belə icazə yoxdur".
Qeyd edək ki, sosial-kriminal layihə həftə içi hər gün saat 15:20 dən sonra Space Tv-də yayımlanır…
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib



















































