İspaniyada danışılmış oyunlarla bağlı ermənilərdən ibarət mütəşəkkil dəstə saxlanılıb.
Tennis üzrə danışılmış matçların təşkilində şübhəli bilinən Ermənistandan olan 15 nəfərlik mütəşəkkil dəstənin zərərsizləşdirildiyi bildirilir. İdmançılar da daxil olmaqla, daha 68 nəfərlə bağlı araşdırma aparılır.
Ümumilikdə, 83 nəfərdən 28-nin peşəkar idmançı olduğu vurğulanır. Dəstənin, ən azı, 2017-ci ilin fevralından fəaliyyət göstərdiyi qeyd olunur. Bildirilir ki, istintaq çərçivəsində İspaniyanın 9 əyalətində aparılan axtarışlar zamanı nağd şəkildə 167 min avro, bank kartları, tapança, bahalı maşınlar və zinət əşyaları müsadirə olunub. Həmçinin 42 bank hesabına və daşınmaz əmlaklara həbs qoyulub.
Həbs olunanlara qarşı mütəşəkkil dəstəyə üzv olmaq, korrupsiya, dələduzluq, "çirkli pullar"ın yuyulması, qanunsuz silah saxlamaq ittihamları irəli sürülüb. (report)
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































