Cari ilin 1 yanvar tarixində Yeni il gecəsi Qazaxıstan Respublikasının Karaqanda şəhərindəki ermənilərə məxsus olan "Drevniy Rim" restoranında qətldə şübhəli bilinən Ermənistan vətəndaşı Narek Qururyan Rusiyada saxlanılıb.
Publika.az xəbər verir ki, bu haqda Qazaxıstan Daxili İşlər Nazirliyinin daxili və xarici kommunikasiyalar departamentinin direktoru Almas Sadubayeva bildirib.
Onun sözlərinə görə, şübhəli bu gün Rusiyanın Omsk vilayətində saxlanılıb. Hazırda qanunvericiliyə uyğun olaraq, onun Qazaxıstana ekstradisiyası haqqında məsələ həll edilir.
Xatırladaq ki, 2018-cu il dekabrın 31-dən yanvarın 1-ə keçən gecə Qazaxıstanın Karaqanda şəhərində "Drevniy Rim" restoranında restoranında ermənilər qazaxlara qarşı təhqiramiz münasibət fonunda başlayan davada 23 yaşlı gənci öldürüblər. Daha üç nəfər müxtəlif travmalarla xəstəxanaya müraciət edib.
Kütləvi davanın iştirakçısı olan Qururyan hadisədən sonra Rusiyaya qaçmışdı və onun barəsində dövlətlərarası axtarış elan edilmişdi.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











