Xəstə uşaq üçün yığılan pul fırıldaqlıqla ələ keçirilib.
Hadisə paytaxt sakini Rahil Cəfərovun başına gəlib. Zərərçəkmişin sözlərinə görə, bir müddətdir ki, bacısı qızı, 3 yaşlı Aylin Dadaşova leykoz xəstəliyindən əziyyət çəkir. Qızın müalicəsi üçün külli miqdarda vəsait lazım olduğundan ailə xeyirsevər insanlardan yardım istəyib və bank hesabı açıblar. Balaca qızın müalicəsi üçün müəyyn miqdar yardım toplanıb. Bir neçə gün əvvəl uşağın dayısına Rusiya nömrəsindən bir nəfər SMS yazaraq uşağın müalicəsi üçün lazım olan 50 min dollar ödəmək istədiyini bildirib.
Votsap yazışmasında özünü "hacı" kimi təqdim edən həmin şəxs daha sonra Aylinin hesab kartının nömrəsini istəyib. Rahil Cəfərov bankomat kartının şəklini çəkərək votsapla ona göndərib. Səhəri gün Rahil Cəfərov bank hesabını yoxlayarkən aldadıldığını öyrənib. O, həmin şəxsin 3 yaşlı qızın müalicəsi üçün yığılan 5 minə yaxın pulun oğurlandığını görüb.
Zərərçəkmiş deyir ki, sosial şəbəkədə xüsusi proqramda həmin nömrə ''Hüseyn Vaqif oğlu'' adı ilə qeyd olunub. Hazırda polis həmin şəxsin Azərbaycanda olub- olmamasını araşdırır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































