"Astana"nın baş məşqçisi Roman Qriqorçukun Qazaxıstan klubuna qayıdacağı tarix müəyyənləşib.
Qol.az-ın "Kazfootball.kz" saytına istinadən yaydığı xəbərə görə, ukraynalı mütəxəssis yanvarın 15-dən etibarən komandanın sükanı arxasında olacaq. Bu barədə klubun prezidenti vəzifəsindən yenicə ayrılan Sayan Hamitjanov məlumat verib. O, bildirib ki, Qriqorçuk baş məşqçi, hazırda onun səlahiyyətlərini icra edən Qriqori Babayan isə köməkçi olacaq:
"Roman Qriqroçuk, "Astana"nın baş məşçisi yanvarın 15-dən etibarən komandanın Birləşmiş Ərəb Əmirliklərində keçəcəyi təlim məşq toplanışında öz vəzifəsinin başında olacaq. Babayan isə əvvəlki kimi köməkçi-məşqçi funksiyasını yerinə yetirəcək. Qriqorçukun yoxluğunda heç bir mütəxəssislə danışıq aparmamışıq. Bizim Babayan və Qriqorçuk kimi məşqçilərimiz var, nəyə görə yenisini axtarmalıyıq?".
Qeyd edək ki, 2015-2018-ci illərdə "Qəbələ"ni də çalışdırmış Qriqorçuk ötən ilin avqust ayında şəxsi məsələlərini əsas gətirərək, "Astana"nı müvəqqəti olaraq tərk etmişdi.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











