Arvadını qısqanclıq zəminində öldürməkdə təqsirli bilinən Elvin Qəhrəmanlının apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara əsasən, E. Qəhrəmanlının cəzasının yüngülləşdirilməsi barədə verdiyi apelyasiya şikayəti təmin olunmayıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elvin Qəhrəmanlı 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu il yanvarın 22-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində Cəlilabad rayon sakini Elvin Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.
Müəyyən edilib ki, qətl hadisəsi qısqanclıq zəminində törədilib.
Günelin başqa bir kişi ilə sosial şəbəkədə danışdığını öyrənən Elvin Qəhrəmanlı onunla mübahisə edib. Ər-arvad arasında mübahisə sonda cinayətlə nəticələnib.
Hadisədən sonra 10-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Elvin Qəhrəmanlı həbs edilib.
İstintaq orqanı tərəfindən Elvin Qəhrəmanlının barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Ölkə.Az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











