ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində Artur Çaçyan adlı erməni əsilli vəkil pul mənimsəmək və ABŞ Sosial təminat administrasiyasına yalan məlumatlar vermək cinayətlərinə görə özünü təqsirli bilib.
Artur Çaçyan ümumi həcmi 14 milyon dollara çatan fırıldaq sxemində iştirak etməkdə, habelə Daxili Gəlirlər Xidmətindən güzəşt əldə etmək üçün Ermənistan respublikasının saxta pasportlarını və şəxsiyyət vəsiqələrini istifadə etməklə şəxsi məlumatları oğurlamqda günahlandırılır.
Çaçyan həmin şəxsi məlumatların oğurlanması nəticəsində əldə olunan 549 min ABŞ dollarını yumaqdan ötrü özünün vəkil olaraq xidmət etdiyi iki müştərisinin bank hesabından yararlanıb.
Ermənistan respubikasının saxta pasportları ilə bağlı fırıldaq sistemin araşdırılması zamanı, Artur Çaçyan da daxil olmaqla, 17 şəxsə ittiham irəli sürülüb.
Çaçyanın funksiyası digər iştirakçılardan qəbzləri alıb, onları öncə müştərilərinin trast hesablarına yatırmaq, daha sonra isə həmin hesablardan başqa qəbz yazdıraraq, pulu geri qaytarmaqdan ibarət imiş. Erməni vəkil bu cür pul yuyulma əməliyyatına görə özü üçün 10% komisyon haqqı aldığını etiraf edib.
Xəbərdə Kaliforniya məhkəməsinin Artur Çaçyan haqqında 2019-cu ildə hökm çıxaracağı bildirilir. Onu 15 ilə qədər həbs gözləyir. (musavat.com)
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































