ABŞ məhkəməsi Rusiya vətəndaşı Rajden Şulayanı 45 il müddətinə azadlıqdan məhrum edib.
Mediainfo.az-ın TASS-a istinadən verdiyi məlumata görə, Şulaya dələduzluqda, hədə-qorxu ilə pul tələb etmə və mütəşəkkil cinayətkar dəstə yaratmaqda günahkar hesab edilib. Nyu-York ştatının Cənub dairəsi məhkəməsinin hakimi Loretta Preska Şulayanın mütəşəkkil cinayətkar qruplaşma ilə birlikdə Nyu-York, Nyu-Cersi, Nevada və Pensilvaniya ştatlarında, həmçinin xaricdə vətəndaşlardan hədə-qorxu ilə pul almaqda ittiham edildiyini və bütün bunların sübuta yetirildiyini bildirib.
Şulaya ötən ilin iyun ayında Nevada ştatında MDB məkanı ölkələrindən gələnlərdən şantaj və hədə-qorxu ilə pul almaqda günahlandırılaraq həbs edilmişdi. Buna səbəb MDB məkanı ölkələrindən olan 30 nəfərin Şulayanın cinayətkar hərəkətləri barədə şikayətlə müvafiq qurumlara müraciət etməsi olmuşdu. Şulaya ilə birlikdə onun sağ əli hesab edilən Zurab Canaşvili də məhkəmə qarşısında dayanıb. Şulayanın həmçinin 2,16 milyon dollar dəyərində əmlakı müsadirə edilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































