Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından Azərbaycana
Mediainfo.az-a DGK Mətbuat Xidmətindən verilən xəbərə görə, Azərbaycana piyada gələn A.S.Samad ilə aparılan şifahi sorğu-sual zamanı həmin şəxs üzərində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin, narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.
Lakin yoxlama zamanı davranışları ilə gömrükçülərdə şübhə yaradan Asbaghikourabaslou Saeid Samad Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb və onun daxili orqanlarının tibbi müayinəsi zamanı düz bağırsağından 6 büküm aşkarlanıb. Bükümlərdən 5-nin içərisində qablaşdırılma ilə birgə ümumi çəkisi 149 qram olan, ağ rəngli, kristal şəklində psixotrop maddə - metamfetamin, sonuncu bükümdə isə 2 ədəd ayrı-ayrı sellofana bükülü şəkildə, qablaşdırılma ilə birlikdə ümumi çəkisi təqribən 1 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































