Son dəfə Çaudri Cavid Atta öz həyat yoldaşını bir il öncə Çinin Sintzyan əyalətindən Pakistana vizasını uzatmaq üçün gedəndə görüb .
"Sən gedəndən sonra məni düşərgəyə aparacaqlar və mən oradan dönə bilməyəcəyəm"- xanımının son sözləri bu olub.
Həmin vaxt Atta və Amina artıq 14 il idi evlənmişdilər. O gündən bəri pakistanlı müsəlmanın arvadı izsiz-soraqsız yoxa çıxıb. Və gerçəkdən də onun Çinin "yenidən tərbiyə" düşərgələrindən birinə aparılması qənaətinə gəlmək üçün kifayət qədər əsaslar var.
Bu məlumatı ABŞ-ın "Star Tribune" nəşri yayıb. Cavid Atta 5 və 7 yaşlı oğullarını da özü ilə götürə bilməyib. Çin rəsmiləri onların sənədlərini müsadirə edib. Xoşbəxtlikdən uşaqları sığınacağa aparmayıblar. Onları analarının qohumlarına veriblər.
"Demək olar ki, 9 aydır uşaqlarımı görməmişəm. Mənə hətta onlarla danışmağa da icazə vermirlər " – deyə Pakistan vətəndaşı şikayət edib.
Cavid kimiləri yüzlərlədir. Çin hakimiyyəti İslam ölkəsi sakini ilə nikaha potensial bir təhlükə əlaməti kimi baxır. Buna görə də pakistanlıların da xanımlarını ilk fürsətdəcə düşərgələrdə saxlayır, övladlarını isə sığınacaqlara toplayırlar. Sultan Laçın
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































