Erməni əsgərini öldürüb, sonra zorladılar

Erməni əsgərini öldürüb, sonra zorladılar

Ermənistan istintaq komitəsinin hərbi istintaq baş idarəsinin 3-cü qarnizon istintaq şöbəsində müddətli hərbi qulluqçu əsgər Narek Marzpetunoviç Adıbekyanın öldürülməsinə dair bütün təfərrüatlar müstəntiqlərə məlumdur. İstintaq araşdırması şikayətlərə baxılmadan yekunlaşdırılıb.

Adibekyanın anası, müstəntiqlərin ölən hərbi qulluqçunun şərəfi ilə oynadıqlarını bildirir.

Ermənistan istintaq komitəsindən mətbuata verilən məlumata görə, işin hərtərəfli araşdırılması nəticəsində məlum olub ki, 2017-cı il 10 noyabr-11 dekabr tarixləri arasında hərbi hissənin müdafiə zolağındakı döyüş mövqelərindən birində hərbi qulluqçu Narek Adıbekyan davamlı olaraq silahdaşı K.Xaçatryana qarşı şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verib.

Adıbekyan Xaçatryanı fiziki və mənəvi təcavüzə məruz qoyub, digər əxlaqsız hərəkətlər törədib. Bunun nəticəsində Xaçatryan Adıbekyandan xilas olmaq yollarına baş vurub. Müstəntiqlərin fikrincə Aıbekyanın öldürülməsində günahkar elə onun özüdür.

Növbəti dəfə 2017-ci il 11 dekabr saat 18:40 radələrində döyüş mövqeyində müşahidəçi olarkən Narek Adıbekyan Xaçatryana qarşı mənəviyyata zidd hərəkətlər etməyə başlayıb. O, həmçinin həmin gün qəhvə gətirmədiyinə görə Xaçatryanın ünvanına ağır ifadələr işlətməklə, valideynlərini təhqir edib. Təzyiq və təhqirlərdən yorulan Xaçatryan mənəvi sarsıntı təsiri altında olmaqla, ona təhkim edilmiş AKM tipli silahı səngərdə dolduraraq tək-tək güllə atmaqla Adıbekyanı baş və bədəninin müxtəlif nahiyyələrindən yaralayıb. Adıbekyan aldığı güllə yaralarından hadisə yerində ölüb. Hadisəni törədən Xaçatryana qarşı cinayət işi açılsa da, ölən hərbi qulluqçu da günahkar qismində cinayət məsuliyyətinə cəlb edilib.

Ölən hərbi qulluqçunun anası bildirir ki, Xaçatryan orduya çağrılarkən onun sənədlərində dəli olduğu qeyd edilib.

Zərərçəkən Xaçatryanın bədənində müxtəlif zorakılıq əlamətləri aşkar edilsə də, təcavüza uğradığı sübut olunsa da, bunun məhz ölən hərbi qulluqçu Adıbekyan tərəfindən törədildiyinə dair heç bir sübut, dəlil yoxdur. Anasının iddiasına görə, bunu başqa bir hərbi qulluqçu da törədə bilərdi.

Zərərçəkən Xaçatryanın qonşularından birinin dediyinə görə, hərbi hissədə bütün əsgərlər Xaçatryanı ortalarına salaraq çəkdikləri siqareti onun ovucunda söndürüb, kül qabı əvəzi istifadə etməklə alçaldıblar.

Məlum olduğu kimi erməni ordusunda əgər biri zəiflik göstərirsə, hamı türmədə olduğu kimi onu qaralayır.

Ölən hərbi qulluqçunun vəkili iddia edir ki, Xaçatryanın alçaldılmasında və təcavüzə məruz qalmasında ölən Adıbekyanın heç bir günahı yoxdur. Xaçatryanın isə Adıbekyanın ölümündə heç bir günahı yoxdur, o, hər ikisinə bəraət verilməsini tələb edir. Vəkillər tərəfindən aparılan istintaq müstəntiqlərin irəli sürdüyü versiyaları təmamilə alt-üst edir. Vəkillər ümid edir ki, məhkəmə prokurorluğun yanlış araşdırmasını təsdiq etməyəcək.

Onlar Narek Adıbekyanın Rusiyada yaşadığını, 1 il Rusiya ordusunda xidmətdən sonra Ermənistana qayıdaraq xidməti vəzifə borcunu yerinə yetirməsini nümunə olaraq qiymətləndirirlər. Valideynlərinin iddiasına görə, Adıbekyan vətənpərvər gənc olub və belə işə əl ata bilməzdi.

Xatırladaq ki, Narek Adıbekyan Ermənistan ordusuna çağırışdan sonra işğal altında olan Qarabağdakı 38862 nömrəli, şərti olaraq "Yeğnikner" adlanan hərbi hissədə (hərbi hissə komandiri polkovnik Karen Calavyandır) qulluq edib. Onun dəfələrlə mükafatlandırıldığı qeyd edilir. (ordu.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az