Ekologiya və Təbii Sərvətlər Nazirliyin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı Abşeron rayonu Pirəkəşkül kəndinin Quldar adlanan qış-otlaq sahəsindən icazəsiz 2222 m3həcmində gilin qazılaraq 99JP165, 99JL693, 99JL938, 99CV811 dövlət nömrə nişanlı yük maşınları ilə ərazidən daşındığı aşkar olunub.
Mediainfo.az-ın ETSN-a istinadən verdiyi xəbərə görə, araşdırma zamanı gilin daşınmasına rəhbərlik edən şəxsin Abşeron rayon sakini Nəbi Vəlizadə olduğu müəyyən edilib. Faktla bağlı akt tərtib edilib və təbiətə 12221 manat məbləğində ziyan dəydiyi məlum olub.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Abşeron rayon Prokurorluğuna göndərilib.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











