Gürcüstan-Azərbaycan sərhədində yerləşən "Sınıq körpü" sərhəd-keçid məntəqəsi yaxınlığında taksiyə silahlı basqın olub.
Taksidə Gürcüstana səfər edən Azərbaycan vətəndaşları olub.
Bu gün səhər baş verən insident zamanı cinayətkarlar taksinin yolunu avtomobillə kəsiblər. Onlar maşından çıxaraq taksi sürücüsünü döyməyə başlayıblar. Taksidə olan Azərbaycan vətəndaşlarının da xəsarət aldıqları bildirilir.
Basqınçılar pul və maşının açarını götürərək hadisə yerindən qaçıblar.
Taksi sürücüsünün oğlu Aynur Məmmədovun bildirdiyinə görə, cinayətkarlar BMV maşınında olublar:
"Maşından 4-5 nəfər maskalı şəxs çıxdı və qazlı silahdan atəş açdılar. Maşındakıların hamısı huşunu yarı itirmiş vəziyyətdə olub. Atamı amansızcasına döyüblər. Sərnişinlərə də fiziki güc tətbiq ediblər, lakin onların vəziyyəti elə də ağır deyil".
Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı basqın maddəsi ilə cinayət işi açıb. Cinayətkarları 5 ildən 7 ilədək həbs cəzası gözləyir. Report
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































