Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları narkotik vasitələr və psixotrop maddələrin prekursorlarının ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinin qarşısını alıblar.
Mediainfo.az-a DGK Mətbuat Xidmətindən verilən məlumata görə, Aktau-Bakı aviareysilə gələn Qazaxıstan vətəndaşının əl yükü rentgen aparatında yoxlanılarkən monitorda çantanın içərisindəki butulkada olan predmetin təsviri şübhə doğurub. Bu səbəbdən vətəndaşa həmin əşyanın təqdim edilməsi təklif olunub.
Vətəndaşın çantadan çıxarıb təqdim etdiyi həmin butulkada kalium permanqanat aşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar olunan kalium permanqanatın təmiz çəkisi 875 qram təşkil edib.
Xatırladaq ki, kalium permanqanat "Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların IV Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











