Pakistan polisi ötən gün, noyabrın 17-də İslamabadda narkotik və insan alverinə görə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Solmaz Əbiyevanı həbs edib.
Virtualaz.org xəbər verir ki, İslamabadda polis reydi zamanı özünü şübhəli aparan qadın saxlanılıb. Axtarış zamanı onun üzərindən 1 kiloqramdan çox heroin aşkarlanıb.
Saxlanılarkən qadın özünü Türkiyə vətəndaşı kimi təqdim edib, adının Həfifə olduğunu bildirib, onun üzərindən saxta Türkiyə pasportu çıxıb. Lakin araşdırma zamanı məlum olub ki, bu şəxs beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Əbiyeva Solmaz Ənvər qızıdır. Solmaz Əbiyevanın barəsində Azərbaycan hüquq-mühafizə orqanları İnterpol xətti ilə axtarış elan edib. Qadının Pakistan vizasının müddətinin bu ilin aprel ayından bitdiyi də məlum olub. İnterpol onu 2018-ci ilin fevralından axtarırdı.
S.Əbiyevanın İnterpol dosyesində göstərilir ki, onun 49 yaşı var, boyu 1.61 metrdir. İnsan alveri və narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı axtarışa verilib.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











