Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Xanoba" gömrük postunda Rusiyadan qayıdan, Azərbaycan vətəndaşına məxsus "Mercedes-Benz Sprinter" markalı avtomobil saxlanılıb.
Mediainfo.az-ın DGK Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, gömrük baxışı zamanı nəqliyyat vasitəsinin arxa yük yerində, salonda və qapısındakı örtüklərin arxasında 600 flakonda və 600 ampulada "Qonadotropin Хоrioniçeskiy", 36 ədəd şprisdə "Soviqripp", 270 flakon "Karipain", 7 ədəd 1 ml-lik şpris, 7 ədəd 0.25 mq-lıq "Cetrotid" maddəsi olan flakon, 14 ədəd inyeksiya üçün iynə, 14 ədəd spirtli tampon olmaqla 35 ədəd şpris, 35 ədəd flakon, 98 ədəd iynə və 98 ədəd spirtli tampon olan "Cetrotid Cetroliks 0.25 mq", 8910 kapsul "Veroşpiron 50 mq", 509 ədəd şüşə flakonda "Karipazim 350 PE", 62 qutu- hər qutuda 1 ədəd 0.480 ml-lik ampulada hazır məhlul və 6 ədəd iynə olmaqla, cəmi 62 ədəd ampula və 372 ədəd iynə olan "Pureqon 300ME/0.36ML", 2 qutu - hər qutuda 1 ədəd 0.840 ml-lik hazır məhlul olan ampula və 6 ədəd iynə olmaqla, cəmi 2 ədəd ampula və 12 ədəd iynə olan "Pureqon 600 ME/0.72 ml", 15 ampula "Panavir", 5 ədəd 0.5 ml-lik hazır məhlullu şprisdə olan "Orqalutran", 1170 ampulada "Cerukal 10 mq/2 ml", 280 həbb "Hepcinat Lp" adlı dərman preparatlarıaşkarlanıb.
Faktla bağla araşdırma aparılır.
Həyət evində yaşayanların nəzərinə! - 1000 manatadək cərimə...
Bakıda xəstəxanada bir yaşlı körpə ölüb
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib


















































