"El Çapo" (Cücə) ləqəbli meksikalı karobaron Xoakin Qusman həbsdə saxlanıldığı Nyu-Yorkda ilk dəfə hakim qarşısına çıxarılıb.
Tam adı Xoakin Arçivaldo Qusman Loera olan 64 yaşlı narkobaron polisin geniş nəzarəti altında Bruklin Federal Məhkəməsinə aparılıb.
Polislər binanın içində və çölündə ağır silahlarla, həmçinin bomba axtaran itlərlə təhlükəsizlik tədbirləri görüblər.
Məhkəmə prosesində qərar sahibi olacaq jüri heyətinə təzyiqlər göstərilməməsi üçün onların adı gizli saxlanılacaq. Cinayət işinə isə ABŞ Regional Məhkəməsinin sədri Brayan Koqan baxacaq.
64 yaşlı "El Çapo"ya 1989-2014-cü illərdə təxminən 200 tona yaxın kokaini ABŞ-da satmaq, muzdlu qatillər vasitəsilə yüzlərlə cinayət törətmək, adam oğurlamaq və s. kimi 17 ayrı cinayət üzrə ittiham irəli sürülüb. Ona ömürlük həbs və 14 milyard dollar pul cəzası verilməsi tələb edilir.
Qeyd edək ki, ABŞ hökuməti Xoakin Qusmanı "dünyanın ən mərhəmətsiz, təhlükəli və qorxulu insanı" adlandırıb.
O, 2001-ci ildə həbsxanadan qaçdıqdan sonra 2014-cü ildə yenidən dəmir barmaqlılar arxasına salınıb. Lakin, bir neçə ay ərzində 14 km-lik tunel qazaraq yenidən qaçmağı bacarıb.
Üçüncü dəfə isə 2016-cı il yanvarın 6-da saxlanılıb və 2017-ci il 19 yanvarda ABŞ-a ekstradisiya edilib.(qafqazinfo)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































