Yasamal rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən baku.vvs-ə məlumat verilib.
Verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə 2-ci Alatava küçəsində Bakı şəhər sakini İlkin Nadirova məxsus "Mercedes", Xiyabani küçəsində isə İslam Babayevə məxsus "KİA" markalı avtomobillərdən şüşəni sındırmaq yolu ilə pul, bankomat kartları və qol saatı oğurlanmaları barədə müraciətlər daxil olub.
Məlumatlarla əlaqədar polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyənləşdirilərək saxlanılıb. Araşdırmalarla onun Abşeron rayon sakini Elxan İsayev olduğu müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Qeyd edək ki, "Mercedes Benz" markalı avtomobilin sahibi İlkin Nadirov "Azad Azərbaycan" televiziyasının əməkdaşıdır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































