Almaniyada hərbi qruplaşma siyasətçiləri öldürmək planı hazırlayıb

Almaniyada hərbi qruplaşma siyasətçiləri öldürmək planı hazırlayıb

Almaniyanın Cinayət Polisinin Federal İdarəsi bundesverin, xüsusi təyinatlı dəstənin hərbçiləri tərəfindən və Uniter assosiasiyası elit əsgərləri tərəfindən təşkil edilmiş siyasi qətllər məqsədli sui-qəsdin üstün açıb.

Bu barədə "Report" "Focus jurnalına istinadən xəbər verir.

Qeyd edilir ki, hərbi qruplaşma siyasətçiləri məhv etməyə hazırlaşırmış. Sui-qəsdçilər öz planlarının həyata keçəcəyi gün hələ müəyyənləşdirilməyib.

Onların qurbanlarının tam siyahısı da hələ məlum deyil. Lakin qruplaşma üzvlərinin hədəfləri arasında Bundestaqda solçu partiyaların fraksiyasının başçısı Ditmar Bartç olub. Jurnalın versiyasına görə, sui-qəsdçilərin qətllərdən sonra nə etməyə hazırlaşdıqları da məlum deyil.

Qruplaşmanın üzvləri Almaniyanın silahlı qüvvələrində və xüsusi təyinatlı dəstədə xidmət ediblər. Onlar gizli yığıncaqlarda gələcək fəaliyyətlərini müzakirə ediblər.

Sui-qəsdçilərin planlarının üstünün açılmasına səbəb bundesverin əsgəri Franko A-nın işi ilə bağlı araşdırma olub. O, hakimiyyət orqanlarına qarşı terror aktlarını planlaşdırırmış. Əsgər törədəcəyi terror aktlarını miqrantların üstünə atmaq üçün Miqrasiya Xidmətinə guya Suriya qaçqını olması barədə yanlış informasiya verib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az