Dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Neft Emalı Zavodundan havaya atılmalarla bağlı daxil olan məlumat əsasında ətraf ərazidən götürülən nümunələrin üzərində aparılan analizlərin nəticələri məlum olub.
Mediainfo.az-ın nazirliyə istinadən verdiyi xəbərə görə araşdırmalar zamanı qaz birləşmələrinin sanitar normadan artıq olduğu müəyyən edilib.
Faktla bağlı Neft Emalı Zavodunun hüquqi şəxs qismində məsuliyyətə cəlb edilməsi üçün sənədlər məhkəməyə göndəriləcək. Zavodun 3 saylı istehsalat sahəsinin 31 nömrəli Katalitik Riforminq qurğusunun sobasında texnoloji prosesin pozulması nəticəsində atmosferə zərərli atılmalara görə isə cavabdeh olan sahə rəisi Fərhad Fiqarov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 4000 manat məbləğində cərimə olunub.
Baş vermiş qəzanın səbəblərinin araşdırılması, gələcəkdə belə hallara yol verilməməsi, eləcə də texnoloji prosesin pozulmasında təqsirli olan digər şəxslərin müəyyənləşdirilib məsuliyyətə cəlb edilmələri üçün Neft Emalı Zavoduna icrası məcburi olan "məcburi göstəriş" verilib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































