Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar Gömrük Postunda İran İslam Respublikasından qayıdan Azərbaycan vətəndaşı saxlanılıb.
Mediainfo.az-ın DGK Mətbuat Xidmətindən aldığı məlumata görə, vətəndaş metal axtaran qurğudan keçərkən üzərində olan əşyaları - mobil telefon və tamlığı pozulmamış 2 ədəd "Kent" markalı siqaret qutusunu avadanlığın yanındakı masaya qoyub. Siqaret qutularından birinin digərinə nisbətən ağır olması gömrükçülərdə şübhə doğurub və qutulara baxış keçirilib.
Baxış zamanı bir ədəd "Kent" markalı siqaret qutusunun içində sellofana bükülü vəziyyətdə, qablaşdırılması ilə birgə təqribi çəkisi 1 qram olan tünd qəhvəyi rəngli narkotik vasitə -tiryək, 93 ədəd açıq qəhvəyi rəngli, üzərində "F/M40" nişanəsi olan dairəvi formalı və 5 ədəd ağ rəngli, üzərində "Z40" nişanəsi olan metadon həbləri aşkarlanıb.
Xatırladaq ki, metadon adlı dərman preparatı "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına daxildir və sintetik narkotik vasitə sayılır.
Faktla bağlı araşdırma aparılır.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi


Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır














.jpg)

.jpg)







































