"Gununsesi.org" saytının Baş redaktoru Pərviz Həşimlinin yaşadığı mənzil qarət olunub. Bu barədə jurnalistin özü dünən gecə bununla bağlı FB profilində status yazıb:
"Mənzilimdən oğurluq olub. Kompüterlər, printerlər, suvenirlər… Hələlik gözümə dəyən bunlardır. Qapıya açar salıb açmaq istəyəndə, gördüm ki, açıqdır. İçəri daxil olanda qarışıqlıq gördüm. Yeni mənzildi deyə, bura ofisimə aid əşyaları yığmışdım. Evdəki ehtiyat açarları da aparıblar".
P. Həşimli sonradan Moderator.az-a bildirib ki, 102 xidmətinə dərhal zəng edib və polislər hadisə yerinə gələrək mənzilə baxış keçirib müvafiq tədbirlər həyata keçiriblər. Oğruların yaxalanması üçün əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Əməliyyat-axtarış tədbirləri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılır.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































