Polşadan olan aktrisa və keçmiş model məşhur Hollivud produseri Harvi Vaynşteyn tərəfindən dəfələrlə seksual zorakılığa məruz qaldığını bildirib.
Mediainfo.az-ın nevvs.ru-ya istinadən verdiyi məlumata görə, 16 yaşında olanda, 2002-ci ildə Vaynşteyn gənc modeli öz otağına apararaq zorlamaq istəyib. Lakin polyak model buna razı olmayıb. Əvəzində Vaynşteyn modeli hədələyib ki, əgər onunla cinsi əlaqəyə razı olmasa uğur qazana bilməyəcək. Hələlik aktrisanın adı gizli saxlanılır.
Xatırladaq ki, bu günə kimi onlarla aktrisa və model Harvi Vaynşteyn tərəfindən dəfələrlə seksual zorakılıqlara və təhdidlərə məruz qaldıqlarını bildiriblər. Onların arasında Hollivud ulduzları Qvinet Peltrou, Angelina Coli, Tomi-Enn Roberts, Rozanna Arkett, Judit Qordeş, Ketrin Kendall, Doun Danniq, Nastasiya Malte, Pas de la Uerta, Uma Turman, Eşli Cadd və Keyt Blanşett də var. Baş verən qalmaqalla bağlı Vaynşteyn Amerika Kino Akademiyasından qovulub. Sonra isə onun özü The Weinstein Companyasından işdən çıxıb, eyni zamanda Amerika rejissorlar Gildiyasından ayrılıb. Əgər iddialar təsdiqini tapsa, onda Vaynşteyni 5 ildən 25 ilə kimi həbs cəzası gözləyəcək.
Əziz Mustafa
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə













.jpg)










.jpg)
















.jpg)











