Rusiya DİN-i Türkiyədə saxlanılan "qanuni oğru" Nadir Səlifovla (Lotu Quli) bağlı İnterpolun mərkəzi bürosuna təkrar sorğu göndərib.
Bu barədə "Rosbalt" hüquq-mühafizə orqanlarındakı mənbəsinə istinadən xəbər yayıb. Beynəlxalq axtarışda olan kriminal avtoritetin Rusiyaya mümkün ekstradisiya məsələsi ilə bağlı qərar hələ ki verilməyib. Əgər Səlifovu Rusiyaya ekstradisiya etmək mümkün olsa, o, bir sıra köhnə qətl işləri, o cümlədən "qanuni oğrular" Hikmət Muxtarov və Çingiz Axundovun güllələnməsi olayı ilə bağlı da mühakimə olunacaq.
Nəşr yazır ki, 2018-ci ilin oktyabrın əvvəlində Lotu Quli ilk dəfə Türkiyədə saxlanılanda Rusiya DİN-i onun Moskvaya təhvil verilməsi üçün İnterpola müəyyən sənədlər yollamışdı. Lakin heç bir cavab ala bilməmişdi.
Mənbənin sözlərinə görə, əgər Səlifov çox dəhşətli cinayətlər törədibsə, Türkiyə onun Rusiyaya ekstradisiyasına razılıq verəcək.
Rusiyada kriminal avtoriteti adam oğurluğu və dələduzluqla pul ələ keçirmə ittihamları gözləyir. (qafqazinfo)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































