Qubada ərinin əmisi oğlu ilə qaçan gəlin polisə aparıldı

Qubada ərinin əmisi oğlu ilə qaçan gəlin polisə aparıldı

Quba rayonunda 26 yaşlı oğlanın əmisinin gəlinini qaçırdığı üçün linç edilərək öldürülməsi hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.

Publika.az xəbər verir ki, həyata keçirilən əməliyyat-istintaq tədbirləri çərçivəsində E.Ə.-nin əmisinin gəlini, 25 yaşlı A.Ə. ilə birgə Bakıda tutularaq Qubaya gətirilməsi, gənc oğlanın Tülər kəndində ağaca bağlanaraq döyülməsi, qarışıqlıq zamanı ona bıçaq xəsarətinin kim tərəfindən yetirilməsi və sair barədə araşdırmalar aparılır.

Bildirilir ki, linçetmədə iştirak etmiş 50-60 nəfər kənd sakini müəyyən edilərək istintaqa cəlb edilib. Bundan başqa 2 övladını və ailəsini ataraq yoldaşının əmisi oğlu ilə qaçan 25 yaşlı A.Ə. də istintaqa cəlb edilib və onun ifadəsi alınıb.

Hazırda qətlin təşkilatçılarının və digər iştirakçıların tam dəqiqləşdirilməsi və onların məsuliyyətə cəlb edilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, qətlə yetirilən 26 yaşlı E.Ə. xeyli vaxt imiş ki, Bakıda yaşayırmış. O, daha əvvəl Bakıda başqa qızla nişanlı olsa da, sonradan izdivac pozulub.

Bir müddət sonra isə onun, kənddə qonşuluqda yaşayan əmisinin gəlini A.Ə. ilə münasibəti yaranıb. 25 yaşlı qadın uşaqlarını ataraq Bakıya qaçmağa razı olub.

Bundan sonra qızın atası, qardaşları, eləcə də onun həyat yoldaşı və digrə qohumları Bakıda məskunlaşan cütlüyü axtarmağa başlayıb və onları yaxalayaraq maşınla Qubaya gətirib. Qətl hadisəsi də kənddə küçədə təşkil edilmiş linçetmə mərasimində baş verib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az