Sentyabrın 13-də Daşkəsənin Tapan kəndində ata və anasını işgəncə verərək öldürmək istəyən və qaçıb meşədə gizlənən Firdovsi Bağırov polisə təslim olub.
Həftələrdir Firdovsinin axtarışının nəticəsinin olmadığını görən ailə "Səni axtarıram"a müraciət edib.
Uşaqlarına və həyat yoldaşına mütəmadi olaraq işgəncə verən Firdovsi onları öldürəcəyi ilə hədələyirdi.
Təhlükə içində olan ailə kömək üçün Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" proqramına üz tutub. Firdovsinin 15 yaşlı qızı Aytac Hidayətqızına məktub yazıb atasının tezliklə tapılıb, həbs edilməsini istəyib.
Xoşqədəm Hidayətqızı "Səni axtarıram"ın studiyasında dünən yenidən tamaşaçılara müraciət edib.
Firdovsinin xalası oğlu canlı yayıma bağlanaraq Firdovsinin ona zəng edib, şikayətlərini polisdən geri götürmələrini tələb edib.
Xoşqədəm Hidayətqızı isə birbaşa efirdə Firdovsiyə müraciət edərək, ən doğru yolun polisə təslim olmaq olduğunu bildirib. Bu müraciətlərdən sonra Firdovsi bu gecə polisə təslim olub.
BAKU.WS



Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır













.jpg)

.jpg)







































