İstanbulda iş adamı Mustafa Erkin Qaramana silahlı hücum olub.
Qaraman avtomobilində olarkən atəşə tutulub və iki güllə yarası alıb. Onun yaralı halda hadisə yerindən qaçdığı bildirilib.
İnsidentin dünən 20:00-da baş verdiyi vurğulanıb. Qaramanın əvvəlcə Beykoz Dövlət Xəstəxanasına yerləşdirildiyi, bundan sonra isə özəl xəstəxanalardan birinə köçürüldüyü açıqlanıb.
Qeyd edək ki, Mustafa Erkin Qaraman Azərbaycanın keçmiş baş naziri Artur Rəsizadənin sabiq müşaviri Musa Məmmədovun kürəkənidir. O, Məmmədovun qızı Günel Məmmədova ilə 2012-ci ildə Çırağan sarayında evlənmişdi.
***
Azərbaycan Baş nazirinin keçmiş müaşaviri Musa Məmmədovun kürəkəni Mustafa Erkin Qaramanın güllələnmə anının görüntüləri yayılıb.
Məlumata görə, Qaramanın öldürülməsinin sifarişini onun keçmiş ortağı M.Y.Ö-nün verdiyi bəlli olub. İnsidentlə əlaqədar iki nəfər saxlanılıb. (axar.az)
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































