Beynəlxalq Bankın keşmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın Londonda lüks həyat yaşaması və milyonları sağa-sola səpməsi ətrafında qaldırılan ajiotaj davam edir.
Mediainfo.az-ın verdiyi xəbərə görə, SOSHİN internet kanalının məsələ ilə bağlı hazırladığı reportajda qeyd edilir ki, Zamirə Hacıyeva 10 il ərzində Londondakı məşhur Harrods mağazasında 16 milyon funt sterlinq, təxminən 35.85 milyon manat xərcləyib. Zamirə Hacıyeva Harrodsdan əsasən kosmetika, qızıl-bəzək əşyaları, bahalı ətirlər alıb. Bu məsələnin mətbuat tərəfindən gündəmə gətirilməsindən sonra Böyük Britaniyada minlərlə insan şoka düşüb.
Zamirə Hacıyeva son 10 ildə hər saatda orta hesabla 500 funt sterlinqi, Azərbaycan manatına çevirsək 1126 manatı sahibi olduğu 35 müxtəlif bank kartından xərcləyib.
SOSİN-ın hazırladığı reportajda Zamirə Hacıyevanın Britaniyada "mafiya anası" adlandırıldığı vurğulanır. Qeyd edilir ki, dövlət əmlakını mənimsəməyə görə 15 il müddətinə azadlıqdan məhrum edilən Cahangir Hacıyevin həyat yoldaşının xərclədiyi pulların mənşəyi Böyük Britaniyanın Cinayətkarlıqlqa Mübarizə İdarəsi tərəfindən araşdırılır. Əgər bu pulların Azərbaycanın dövlət büdcəsindən oğurlanması sübut edilsə, onda sonuncunu da həbs cəzası gözləyəcək. SOSİN-də həmçinin Haciyevlər tərəfindən Londonun elit hissəsində 11 milyon funt sterlinqə alınan möhtəşəm malikanə barədə kadrlar da nümayiş etdirilib.
Əziz Mustafa
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı


















































