İcazəsiz ova cəhd edən şəxslər saxlanılıb

İcazəsiz ova cəhd edən şəxslər saxlanılıb

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Biləsuvar rayonunun "Platina" adlanan ərazisində icazəsiz ova cəhd edən şəxslər saxlanılıb. Onlardan 3 ov tüfəngi götürülüb.

Mediainfo.az-ın ETSN Mətbuat Xidmətindən aldığı məlumata görə, Araşdırma zamanı brakonyerlərin Yevlax şəhər sakini Fazil Talıbov, Bərdə rayon sakini Qəzənfər Abdullayev və Cəbrayıl rayon sakini Söhrab Balakişiyev olduğu məlum olub.

Faktla bağlı təqsirkarlar barəsində akt, protokol tərtib olunub və inzibati qaydada hər biri 1000 manat məbləğində cərimə edilib.

Xaçmaz rayonunun Xəzər dənizinin sahil zolağında isə adı "Qırmızı kitab"a düşmüş Şahin quşunu ovlamağa cəhd edən brakonyer saxlanılıb. Ondan Şahin quşunun tutulması üçün istifadə edilən ov alətləri və 2 göyərçin götürülüb.

Araşdırma zamanı brakonyerin Bakı şəhər sakini Yaqub Qurbanov olduğu müəyyən edilib.

Faktla bağlı Y.Qurbanova inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq olunub.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az