İsveçdə hakimlər 2015-ci ildə öz qız dostuna hücum etmiş kişini mühakimə etməkdən imtina edib. Səbəb qızdan fərqli olaraq oğlanın yaxşı ailədən çıxmasıdır.
Zərərçəkən qız bildirib ki, gənc oğlan başqa zorakılıq hərəkətləri ilə yanaşı ona "stul atıb və saçından tutub sürükləyib".
Məhkəmə instansiyası isə ittihamlara baxmayaraq gənc oğlanın xeyrinə qərar çıxarıb, belə ki, məhkəmənin qənaətinə görə, "qadının bu məsələdə motivi, çox güman ki, oğlanın onu çox sevməsindən və səfehliyindən istifadə edib ondan mənzil qoparmaq olub".
Məhkəmənin rəyinə görə, qadınlar öz xeyirləri naminə guya zorakılığa məruz qalmaları barədə çox vaxt yalan danışırlar.
Stokholm universitetinin cinayət işləri üzrə ekspertinin sözlərinə görə belə qərar tipik deyil və mümkündür ki, hakim kifayət qədər təcrübəli olmayıb və qərar verərkən tərəflərin mövqelərini nəzərə almayıb.
Prokurorluqda bildiriblər ki, məhkəmənin qərarından artıq şikayət verilib və yeni araşdırmalar gözlənilir.moderator.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə





.png)






















.jpg)










.jpg)













