Jurnalistlərin binasından oğurluq edən şəxslər tutulub.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Yasamal və Səbail rayon Polis İdarələri əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt ərazisindəki evlərdən silsilə oğurluqlar edən dəstə üzvləri tutulub.
Əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakinləri Ələkbər Ələkbərov və Fərhad Cəfərovun ətrafında aparılan araşdırmalar nəticəsində onların jurnalist Ağanisə Sultanova da daxil olmaqla, Bakının Yasamal və Səbail rayonlarında 6 evdən pul, noutbuklar, kompüter dəstləri, məişət və qızıl-zinət əşyaları oğurlamaları, daha bir evdən isə oğurluğa cəhd etmələri müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və hər iki şəxs təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda həmin şəxslərin başqa cinayətlərdə əlaqələrinin olub-olmadığı araşdırılır
DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, yanvarın 30-da Ağanisə Sultanovun jurnalistlərin binasında yerləşən mənzilinə daxil olan naməlum şəxslər oradan 1000 manat pul və 3900 manat dəyərində qızıl-zinət əşyaları aparıblar.
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?


















































