Saytımızda bir müddətdir ki, ötən il İstanbulda güllələnmiş kriminal aləmdə Rövşən Lənkəranski kimi tanınan Rövşən Rafiq oğlu Canıyev haqqında silsilə yazılar təqdim edirik.
Milli azadlıq hərəkatının liderlərindən biri, keçmiş daxili işlər naziri İsgəndər Həmidov Moderator.az-a açıqlamasında Rövşən Canıyevin atasının güllələnməsi barədə tarixi danışıb:
"Həmin vaxtı rayonlarda özbaşınalıq idi. Bölgələri bölmüşdülər. Bir qrup dəstələr var idi ki, onlar adamlardan pul tələb edirdilər. Rövşənin atası Rafiq çox yaxşı adam idi, tanıyırdım. O, Astaraya gedəndə həmin dəstələr onun avtomobilini saxlayıb onu güllələmişdilər. Rövşənin atasını Astara rayonundan olan Sovet adlı bir nəfər güllələmişdi. Rövşən də məhkəmədə Soveti güllələdi. Rövşənin uşaq yaşında bu addımı atmasının özü elə böyük bir cəsarət idi".
İ.Həmidov cinayətkar dəstə ilə əlaqələri olduğu üçün Astara polisində köklü dəyişiklik etdiyini bildirib:
"Biz əməliyyat hazırladıq və Astara rayonunun Şaxağac kəndində əməliyyat keçirdik. Astarada cinayətkar dəstə ilə əlaqələri olduğu üçün Astara polisində də köklü dəyişiklik etdim. Bu dəstələr gömrükə nəzarət edirdilər. Həc ziyarətindən gələn insanların qabağını kəsib onları soyurdular. Bunlar sovet dövründən qalmış 10-12 nəfər adam idi, İrandan, Türkiyədən gələn avtobusları saxlayıb soyurdular".
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































