"Fevralın 23-də "Xəzər" telekanalında yayımlanan "Səni axtarıram" proqramında və sonra bəzi xəbər saytlarında Naftalan şəhərində Çiçək adlı bir nəfərin oğurlanaraq guya asıldığı, bu səbəbdən iki gün komada qaldığı, qızın ailəsinin isə naməlum şəxslər tərəfindən hədələndiyi barədə yayılan məlumatlar aşkar dezinformasiyadır. Bu cür məlumatlar sonuncu şəxsin özünün və ailə üzvlərinin məlum bir cinayət işinin ətrafında ictimaiyyəti bilərəkdən aldatmaq məqsədilə yaratdıqları boş hay-küydən, ucuz şoudan başqa bir şey deyildir."
Bunu Moderator.az-a açıqlamasında Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə deyib:
"Əslində məsələnin mahiyyəti asıldığı iddia edilən qızın da aid olduğu Seyidovlar ailəsinin bəzi üzvlərinin, xüsusən babası Mirdavud Seyidovun törətdiyi, sənədlərin saxtalaşdırılmaqla özgənin əmlakının mənimsənilməsi ilə müşayiət olunan bir cinayət işinin zorla xətm olunmasına, hazırda cərimə meydançasında saxlanılan, başqasının halal haqqı olan bir avtomobilin sonuncu şəxsə qaytarılmasına hesablanmış uğursuz bir "piar", istintaqın gedişatına əsassız, yolverilməz şəkildə qanunsuz bir müdaxilə cəhdidir.
Yayılan məlumatlarda qızın əmisi olduğu deyilən şəxsin intihar etməsinin də guya eyni şəxslər tərəfindən örədilməsi ilə yaxından-uzaqdan heç bir bağlılığı yoxdur. Əslində Mirdavud Seyidovun oğlu Paşa həmyerlisi Niyaməddin Məmmədova və qeyrilərinə külli miqdarda borclu olub. Sahiblərin tələb etdiyi pulu qaytara bilməməsi səbəbindən P.Seyidi 2015-ci il tarixdə şəhərin istifadəsiz qalmış "Köhnə bazar" adlı tikilisində özünü asaraq intihar edib.
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə





.png)






















.jpg)










.jpg)













