Rusiya ölkədə keçiriləcək futbol üzrə Dünya Çempionatı ilə əlaqədar olaraq ölkədən qanuni oğruların ekstradisiyasına başlayıb.
"Komsomolskaya Pravda" qəzeti qanuni oğruların ölkədən qovulması haqqında qərarın Rusiya Daxili İşlər naziri Vladimir Kolokoltsev tərəfindən verildiyini yazıb.
DİN-in yaxın günlərdə bir neçə kriminal avtoriteti ölkədən çıxaracağı bəlli olub. Belə ki, Moskvanın Gürcüstana Aslan Kobuladze, Suliko Şarikadzeni, Qırğızıstana Kamçibek Kolbayevi (ABŞ-ın sanksiyaları altındadır – red.) verməsi nəzərdə tutulub.
"Komsolmoslkaya Pravda"nın mənbələri hazırda Rusiya ərazisində 432 aktiv qanuni oğrunun yaşadığını, bundan 318-nin azadlıqda, 31-nin istintaq altında, 19-nun isə axtarışda olduğunu bildirib. Kriminal avtoritetlər arasında əsas üstünlüyə Gürcüstandan olan şəxslər sahibdir. Onların sayı 242 nəfərdir. Sonrakı yerlərdə isə ruslar (51), ermənilər (30), yezidi kürdləri (26), azərbaycanlılar (16), abxazlar (10), çeçenlər (8), yəhudilər (7) qərarlaşıblar.
Qeyd edək ki, Rusiyanı tərk edən oğruların geri qayıtması tam qadağan edilib.
Moskva indiyə qədər Rusiyadan Gürcüstana Baçuka Paçuliyanı, Azərbaycana isə Dadaş Bakinskini deportasiya edib. Axar.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə






.png)






















.jpg)










.jpg)












