Moskvada Azərbaycan cinayətkar qruplaşmasının liderlərindən olan Fuad Rzayev və onun onlarla tərəfdarı saxlanılıb. Fuad Rzayev hazırda Türkiyədə yaşayan Lotu Qulinin adından iri ticarət obyektləri, habelə meyvə-tərəvəz bazarlarından xərac yığmaqda günahlandırılır.
Məlumata görə, "Afo" Ləqəbli Fuad Rzayevə Moskvadakı hərəkətlərinə görə səlahiyyəti Quli verib. "Afo"nun 35 yaşı var, Gürcüstan vətəndaşıdır. Məhz Rzayev iş adamları ilə görüşür, onlardan ümumi xəzinəyə ayda 2 milyon rubl (təxminən 35 min dollar) verməyi tələb edirmiş.
Məlumata görə, Rzayev bir neçə mobil telefondan istifadə edirmiş. Bütün məsələləri isə üzbəüz yox, telefonla həll edirmiş. O, daimi yaşayış yerini dəyişirmiş.
Amma polis onun izinə düşə bilib. Dolqoprudnı rayonunda onun yaşadığı mənzilin yerini öyrənən xüsusi təyinatlılar evə hücum çəkiblər. Bu arada Rzayev özünə 4 bıçaq zərbəsi vurmağa da imkan tapıb. O, dərhal xəstəxanaya aparılıb.
Polis Rzayevin Aygün adlı həyat yoldaşını da saxlayıb. Məlum olub ki, əvvəllər onun haqqında sənəd saxtalaşdırmasına görə cinayət işi qaldırılıbmış. İlkin istintaq zamanı məlum olub ki, iş adamlarından alınan pullar məhz onun kredit kartına köçürülürmüş. Eyni zamanda Dolqoprudnıda və Moskvada Rzayevə yaxın adamların həbsləri həyata keçilir.lent.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































