"Məcburi köçkünlər çəkdirdiyimiz qaz xətlərini qırıb-dağıtdılar".
Abşeron rayonunun Müşfiqabad qəsəbə sakinləri məcburi köçkünlərdən şikayətçidirlər. Sakinlər iddia edir ki, çəkdirdiyi qaz xətləri onlar tərəfindən dağıdılıb:
"Bizim Abşeron rayon Müşviqabat qəsəbəsində Qaçqın və Məcburi Köçkün şəhərciyi ilə üzbəüz evimiz var. Oraya qaz xətti çəkdirmək istəyirik. İşlər tam sənədləri və qayda-qanunla yekunlaşıb və sayğaclar quraşdırılıb. 3 gün bundan öncə həmin xətti "Azəriqaz" ASC-nin əməkdaşları ilə birgə əsas xəttə birləşdirmək istədik. Lakin məcburi köçkünlər buna imkan vermədi. Yəni bizim çəkdirdiyimiz xətləri də qırıb-dağıtdılar. Elə bil ki, öz mülkləri kimi… Bir sözlə, ağalıq edirlər".
Sakinlər bütün hüquqların onların tərəfindən olduğunu bildirib: "Bu məsələnin ictimailəşdirilməsini istəyirik, bilirik ki, yenə gəlib tökülüşəcəklər. Çünki səbəb ondadır ki, həmin məcburi köçkünlərin komendantı bizdən 2 min manat məbləğində pul tələb edir. Biz də verilən qazın dövlət hesabına olduğu üçün ona pulu vermirik. O da məcburi köçkünlərin başlarını doldurub tökür üstümüzə".
Minval.info
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



















.jpg)

.jpg)


































