PKK terror təşkilatının Suriyadakı kəşfiyyat işlərindən məsuliyyətli üzvü olan "Cudi Amed" kod adlı terrorçu fevralın 5-də Hasekedə öldürülüb.
ABŞ-ın PKK-ya silah-sursat yardımlarını koordinasiya edən terrorçu təşkilatın "qara qutu"su adlanırdı.
2014-cü ildən başlayaraq, ABŞ-ın Suriyaya göndərdiyi silah-sursatı təhvil alan "Cudi Amed" bölgəyə 2012-ci ildə Qəndildən (PKK terror təşkilatının əsas qərargahı, Şimali İraqda yerləşir –red.) göndərilib. PKK-nın Türkiyədə həyata keçirdiyi bir çox terror hücumlarının əmrini verən "Cudi Amed" təşkilatın Suriya qanadı olan PYD-nin "kölgə lideri" kimi tanınırdı.
Məlumata görə, "Cudi Amed" ilk olaraq 1990-cı illərdə Almaniya və Belçika kəşfiyyatı tərəfindən xüsusi hazırlanıb. 2013-2014-cü illərdə isə ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsindən təlim alıb. Nəşr qeyd edir ki, terrorçu Suriyanın kəşfiyyat qurumu olan "Əl-Muhaberat" və iranlı səlahiyyətliləri ilə PKK-nın əlaqələrini təmin edirdi.
Onun Hasekedə amerikalı səlahiyyətlilərlə hərbi düşərgədə görüşdən sonra öldürüldüyü bildirilir. "Cudi Amed" Hasekenin Əbu Raseyn qəsəbəsindən keçərkən 4 mühafizəçisi ilə birlikdə hücuma məruz qalıb. Ona hücum edənlərin kimliyi barədə məlumat verilməyib.publika.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır


















.jpg)

.jpg)


































